FİFA 2025-ci qitələrarası kubokunun təqvimini açıqlayıb.
Publika.az xəbər verir ki, sentyabtrın 14-də keçiriləcək ilk oyunda Afrika Çempionlar Liqasının qalibi Misirin “Pyramids” klubu Okeaniya Çempionlar Liqasının qalibi Yeni Zelandiyanın “Oklend” komandası ilə qarşılaşacaq.
Qalib sentyabrın 23-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Asiya Çempionlar Liqasının qalibi “Əl-Əhli” ilə görüşəcək. Bu matçda həm də Afrika-Asiya-Sakit okean Kuboku oynanılacaq.
Dekabrın 10-da KONKAKAF Çempionlar Kubokunun qalibi Meksikanın “Krus Azul” klubu Libertadores Kubokunun noyabrın 29-da müəyyənləşəcək qalibi ilə qarşılaşacaq.