BAKI, 11 sentyabr. TELEQRAF
İtaliya "İnter"inin futbolçusu Hakan Çalhanoğlu klubunu dəyişəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Fichajes" saytı məlumat yayıb.
Mənbənin məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi ilə Türkiyənin "Qalatasaray" komandası maraqlanır. Tərəflər artıq yay transfer pəncərəsi zamanı danışıqlar aparsalar da, mümkün keçidi qışa təxirə salıblar.
"Cim-Bom"un türkiyəli futbolçu üçün 10 milyon avro ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. O, ötən mövsüm ərzində 47 matçda iştirak edib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.