AZ

Xocavənd və Xocalı rayonlarına köç karvanları yola salındı -FOTO

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası davam etdirilir. 

 

Senzor.az bildirir ki, Proqrama əsasən bu gün Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə və Sos kəndinə, eləcə də Xocalı rayonunun Şuşakənd kəndinə köç karvanları yola düşüb.

 

İlk mərhələdə Qırmızı bazar-a 10 ailə (39 nəfər), Sos kəndinə 10 ailə (45 nəfər), Xocalı rayonunun Şuşakənd kəndinə 15 ailə (59 nəfər) yola salınıb.

 

Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Seçilən
35
5
senzor.az

10Mənbələr