AZ

Ağcabədidə 20 yaşlı qadın doğuş zamanı HƏYATINI İTİRDİ

Ağcabədidə 20 yaşlı qadın doğuş zamanı həyatını itirib.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, rayonun Avşar kənd sakini 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı dünyasını dəyişib.

Doğulan oğlan uşağı isə xilas edilib.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb. Ölümün səbəbi araşdırılır.

Bizim.Media, Qarabağ bürosu

Seçilən
59
bizim.media

1Mənbələr