AZ

ABŞ-dan gələn il üçün şok hərbi büdcə - 900 milyard dolar!


ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü ölkənin 2026-cı maliyyə ili üçün hərbi xərclərini təxminən 900 milyard dollar məbləğində təsdiqləyib. Bu məbləğə Ukraynaya yardım üçün ayrılacaq 400 milyon dollar da daxildir. Bu sənədi 231 qanunverici dəstəkləyib, 196 nəfər isə əleyhinə səs verib.
Sənəddə Ukraynaya hərbi yardım üçün 400 milyon dolların ayrılması nəzərdə tutulur. Bu vəsait Ukrayna Təhlükəsizlik Yardımı Təşəbbüsü xətti ilə ayrılacaq. Təşəbbüs çərçivəsində ABŞ Müdafiə Nazirliyi silah və texnikanı birbaşa arsenalından deyil, istehsalçılarla bağlanacaq müqavilələr vasitəsilə təmin edir.
Qanunvericilər həmçinin sənədə ABŞ administrasiyasının Ukraynaya əvvəl Konqres tərəfindən təsdiqlənmiş yardımı dayandırmaq və ya ləğv etmək qərarı verəcəyi halda, Pentaqonun onlara xəbər verməsini tələb edən maddə əlavə ediblər.

Mətləb

Seçilən
68
baki-xeber.com

1Mənbələr