AZ

Su ehtiyatlarının səmərəli idarə olunması qlobal əhəmiyyət kəsb edən bir məsələdir - Sədr müavini

Bakı. Trend:

Su ehtiyatlarının səmərəli idarə olunması artıq yalnız birölkənin daxili məsələsi deyil, bu, qlobal əhəmiyyət kəsb edən birməsələdir.

Trend xəbərverir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrininbirinci müavini Xəyyam Məmmədov bu gün Bakıda keçirilən 2-ciBeynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku WaterWeek”in (Bakı Su Həftəsi) ikinci gününün açılış mərasimindədeyib.

O bildirib ki, Azərbaycan Respublikasında su resurslarınınqorunması, su ehtiyatlarının səmərəli istifadə olunması dövlətsiyasətinin əsas istiqamətlərindən və əsas prioritetlərindənbiridir: "Bu gün iqlim dəyişikliyi, su qıtlığı kimi çağırışlar birölkənin daxili imkanları hesabına həll olunan məsələ deyil. Bunagörə də beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və bunun əsasındayeni təşəbbüslərin irəli sürülməsi bizim üçün xüsusi önəm daşıyır.Bu konfrans da bu baxımdan olduqca vacib rol oynayır".

"İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr, yeniideyalar nəticəsində yeni tərəfdaşlıqların formalaşmasına nailolacağıq", - deyə sədrin birinci müavini qeyd edib.

Seçilən
15
2
az.trend.az

3Mənbələr