AZ

Kollektiv Qərb Polşaya görə Rusiyaya cavab verə biərmi? - ÖZƏL

"ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında sülh müqaviləsinin paraflanması, Zəngəzur dəhliziyi ilə bağlı razılığın əldə edilməsi təbii ki, Rusiyanın Cənubi Qafqazla bağlı planları üzərindən xətt çəkmiş olur. Rusiya SSR - i dağıldıqdan sonra, Cənabi Qafqaz respublikalarını, xüsusən də Azərbaycan və Ermənistanı Qarabağ kartından istifadə etməklə nüfuz dairəsində saxlayırdı. Gürcüstanı da, Abxaziya və Osetiya vasitəsi ilə". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Təbii ki, Vaşinqton razılaşmasının əldə olunması Rusiyanın imkanlarını məhdudlaşdırıb. Minsk qrupunun da buraxılması Rusiyanı yeni təsir imkanlarının yaradılması üçün hərəkətə sövq edib. Sözsüz ki, Rusiyanın Qafqazdan çıxmaq fikri yoxdur. Ancaq, Amerikanın təşəbbüsü ilə əldə olunmuş razılaşmanı, Rusiya Ukraynada apardığı müharibəyə ABŞ-ın müdaxilə etməmək müqabilində, Ermənistan və Azərbaycan arasında və həm də Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı qəbul edə biləcəyinə işarə edirdi. Rusiya Ukrayna tələblərindən geri çəkilmədiyinə görə, ABŞ Tramp və Putinin Alyaska görüşündən sonra Ukraynaya hərbi dəstəyini artırdı və hal-hazırda Ukrayna uğurlu əks hücumlar həyata keçirir. 

Digər tərəfdən, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında məlum razılaşmalardan sonra, Ermənistanla Azərbaycan arasında siyasi-diplomatik əlaqələrin bərpası, iqtisadi və komunikasiya xətlərin qurulması, eləcə də paralel olaraq Türkiyə və Ermənistan əlaqələrinin bərpası, sərhədlərin açılması regionda münaqişə ehtimalını sıfırlayır. Bu halda Rusiyanın Cənubi Qafqazda yeganə Ermənistanda qalan hər hansı hərbi bazalarına ehtiyac aradan qalxır. Rus qoşunlarının Ermənistandan da çıxarılması nəticə etibarı ilə bütünlüklə Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir. Ona görə də, Rusiya Cənubi Qafqazda mövcudluğunu qorumaq üçün yeni planlarla hərəkətə keçib. 
Rusiya Xaric işlər naziri Lavrov verdiyi açıqlamada Zənqəzur dəhlizi haqqında "razılaşdırmamış məqamlar var" deyə - qeyd edib. Lavrov iddia edir ki, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında razılaşma 2020-2022-ci illərdəki üçtərəfli sazişlərə əsaslanır. Təbii ki, bu Rusiyanın regionda mövqeyini qorumağa cəhd edir. Həm də, Moskvanın hələ də prosesdə söz haqqının olduğunu göstərmək istəyidir və Moskvanın da maraqlarının nəzərə alınması mesajını verir. Ancaq, bu halda da rəsmi Moskva ehtiyatlı diplomatik ritorikadan istifadə edir.
Ardınca, Rusiyanın Polşa ərazisinə İranın "Şahid" PUA-ları ilə kütləvi müdaxiləsi, Rusiyanın istəklərinin ciddiyə alınması xəbərdarlığı kimi dəyərləndirilməlidir. Həmçinin, Rusiyanın Ukrayna müharibəsinindən sonra, nümayişkarcasına NATO üzvü Polşa ərazisinə hərbi müdaxiləsi NATO birliyinin, ən əsası ABŞ-ın müttəfiqlərinə real münasibətinin yoxlanılması məqsədi də daşıya bilər. Ancaq, fakt budur ki, Rusiyanın Polşa ərazisinə müdaxiləsinə NATO-nun reaksiyası Rusiyanın gələcək hərbi davranış İstiqamətini müəyyən edəcək. Hələlik isə, kollektiv Qərbin verdiyi reaksiya əhəmiyyətsizdir. Rusiyanın açıq şəkildə NATO-ya meydan oxuması ən azı Çin, Şimali Koreya, İran kimi dövlətlərin razılığı ilə mümkün ola bilər. Ancaq, Rusiyanın bu əməliyyatından sonra Ukraynaya hırbi yardım əhəmiyyətli və keyfiyyətli dərəcədə artırıkacaq. Ukrayna Qərbin müdafiə xəttidir.
Təbii ki, Rusiya həm Ermənistana və Azərbaycana təsir imkanlarını itirdikdən sonra, öz mövzudluğunu qorumaq üçün müəyyən hərbi adımlar ata bilər. İlk növədə, Ermənistanda hakimiyyət dəyişikliyi, hətta bunun hərbi yolla həyata keçilməsi mümkün sayılır.  İndiki vəziyyətdə, Rusiyanın Cənabi Qafqazda ən etibatlı siyasi dayağı məhz Gürcistanda faktiki hakimiyyətiə nəzarət edən "Gürcü arzusu"dur. Rusiyanın Gürcüstanla bağlı açıq addımları mümkündür, hansı ki, Gürcüstan vasitəsi ilə regionda hərbi mövcudluğunu təmin edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
48
olaylar.az

1Mənbələr