AZ

Bu Avropa ölkəsində neft yatağı kəşf edildi

MOL neft-qaz şirkəti Macarıstanda sutkada min barrel neft hasil edə bilən neft yatağının kəşf edildiyini açıqlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, geoloji kəşfiyyat işləri O&GD şirkəti ilə birgə aparılıb. Qalgahəviz şəhəri yaxınlığındakı quyu "MOL Group"un ümumi hasilatının təxminən 0,5%-ni təmin edəcək.

Yatağın ehtiyatları təxminən 2,4 kilometr dərinlikdə yerləşir. Neftin Sazhalombatte şəhərindəki Dunay Neft Emalı Zavodunda emal edilməsi planlaşdırılır.

Seçilən
23
unikal.az

1Mənbələr