Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisindən sərhədi keçən İran vətəndaşları ölkələrinə təhvil verilib.
Bu barədə Sitat.info-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandan Azərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadiq Nicat Məhəmməd Rza Ruhullah və 2000-ci il təvəllüdlü Sadiq Nicat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb
Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada qarşı tərəfə təhvil verilib.