Ankaranın Kalecik rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
Missiya.Az "Trthaber"ə istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) internet saytında yer alan məlumata görə, saat 08:24-də (Bakı vaxtı ilə 09:24) episentri Kalecikdə 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 11,08 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
İlahə QənbərliMissiya.Az