AZ

Asiya Beyin Mərkəzlərinin Bakı iclası başa çatıb

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü iclası başa çatıb.

"İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" mövzusuna həsr olunmuş tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq Strateji və Təhlükəsizlik Araşdırmaları İnstitutunun direktor müavini, Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi Jao Lonqun moderatorluğu ilə keçirilən plenar sessiyada BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Çin Xarici İşlər Nazirliyi (XİN) Avropa və Mərkəzi Asiya İşləri Departamentinin təmsilçisi, səfir Yan Venbin, Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Prezidenti Çen Donqxiao çıxış ediblər.

Beyin Mərkəzləri Forumunun birinci günü "İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiya təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların tədqiqi"; "Yaşıl və rəqəmsal transformasiya dövründə təchizat zənciri üzrə əməkdaşlıq"; "Avrasiya bağlantılarının gücləndirilməsi: Bir Kəmər, Bir Yol təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər layihələr" kimi mövzuların müzakirəsinə həsr olunub.

Forumun ikinci günündə isə "AQEM beynəlxalq təşkilat kimi: Transformasiya və potensialın artırılması" mövzusunda sessiya və "Yeni Asiya nizamının formalaşması" mövzusunda tematik panel keçirilib.

XQ

Seçilən
20
16
xalqqazeti.az

10Mənbələr