AZ

Hollandiya ABN Amro bankındakı payını 20%-ə endirdi

Finss.az xəbər verir ki, Hollandiyada milliləşdirilmiş aktivləri idarə edən dövlətə məxsus NL Financial Investments (NLFI) şirkətinə görə, Hollandiya hökuməti ABN Amro-dakı payını indiki 30%-dən təxminən 20%-ə endirməyi planlaşdırır.

"Hollandiya hökuməti daha əvvəl ABN Amro səhmlərinin 20 noyabr 2015-ci ildə kütləvi təklif edilməsindən sonra öz payını tədricən azaltmaq niyyətində olduğunu açıqlamışdı", - NLFI-nin bəyanatında deyilir.

Hollandiya ABN Amro-nu 2008-ci ildə qlobal maliyyə böhranının ən qızğın vaxtında milliləşdirdi və 2015-ci ildə birjada səhmlərin ticarəti bərpa olundu.

Bankın bazar kapitallaşması təxminən 21,2 milyard avro təşkil edir. Beləliklə, hökumətin səhmlərin 10%-ni satması 2,1 milyard avro dəyərində sövdələşməyə bərabər olacaq.

Seçilən
54
fins.az

1Mənbələr