AZ

Azərbaycan sərhədçiləri İran vətəndaşlarını dövlət sərhədini pozarkən saxlayıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir.

Operativ Media xəbər verir ki, Sentyabr ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İran İslam Respublikasından Azərbaycan Respublikasına keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılmışdır.

Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada müqabil tərəfə təhvil verilmişdir.

Seçilən
61
3
operativmedia.az

10Mənbələr