AZ

Süni intellekt məktəb təhsilinə hansı imkanları gətirə bilər? QHT sədrindən AÇIQLAMA

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a süni intellektin təhsil sisteminə təsirləri barədə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, süni intellekt yalnız texnoloji inkişafla məhdudlaşmır, həm də təhsil sahəsində mühüm dəyişikliklərə səbəb olur:

"Süni intellekt, 20-ci əsrin ikinci yarısından etibarən, yalnız texnoloji inkişafla məhdudlaşmayıb, eyni zamanda təhsil sisteminə də əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Təhsil, cəmiyyətin əsas inkişaf sahələrindən biri olmaqla yanaşı, çoxsaylı sosial və iqtisadi dəyişiklərlə bağlıdır. Beləki, süni intellektin təhsildə tətbiqi, bir çox xarakterik yanaşmalar, tədris metod və üsulları və yeni qiymətləndirmənın yaranmasına səbəb olmuşdur. O cümlədən, ölkəmizdə “Süni İntellekt Akademiyasının yaradılması, yeni nəsil mütəxəssislərin yetişdirilməsinə, rəqəmsal iqtisadiyyatın gücləndirilməsinə və həm də qlobal süni intellekt xəritəsində, onun mövqeyinin möhkəmləndirilməsi istiqamətində strateji əhəmiyyət kəsb edəcək. Eyni zamanda, Azərbaycanın suveren süni intellekt potensialının olması, milli innovasiya ekosisteminin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir".

Esmira Rəhimova qeyd edib ki, süni intellektin təhsildə effektiv istifadəsi üçün etik məsələlərin tənzimlənməsi və çətinliklərin aradan qaldırılması vacibdir:

"Təhsil sahəsində süni intellektin gələcəkdə böyük dəyişikliklərə yol açacağı proqnozlaşdırılır.Yəni, təhsil sistemləri daha da fərdiləşəcək, müəllimlərin və təhsilalanların işləri daha səmərəli, daha asan olacaqdır. Bu texnologiyanın inkişafı ilə bir  çox müasir və interaktiv tədris metodları yaranacaqdır ki,onun təhsil sahəsindəki rolu və təsiri təkcə müasir tədris metodlarını dəyişdirmək deyil, həm də təhsilin gələcəyinə böyük təsir göstərmək potensialına malikolacaqdır. O zaman həm müəllimlər, həm də təhsil alanlar, üçün süni intellektin tətbiqi yeni imkanlar və çağırışlar yaradacaqdır. Bu texnologiyanın təhsildə effektiv istifadəsi, qarşıya çıxan çətinliklərin həll edilməsi və etik məsələlərin düzgün tənzimlənməsi ilə təhsil sistemini daha inkluziv və səmərəli etmək mümkün olaacaqdır".

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
64
qht.az

1Mənbələr