AZ

ABŞ də bayraqlar Çarli Kirkin xatirəsinə endirildi

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp mühafizəkar siyasi fəal Çarli Kirkin öldürülməsi ilə bağlı ölkə boyu bayraqların yarıya qədər endirilməsi barədə göstəriş verib. Dövlət bayraqları sentyabrın 13-ü, yerli vaxtla saat 18:00-dək endirilmiş vəziyyətdə qalacaq.

BAKU.WS xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında açıqlama yayıb və Kirki "xalqın səsini ifadə edən böyük lider" adlandırıb. O, zorakılığın ABŞ siyasi həyatına zərbə vurduğunu bildirib.

Xatırladaq ki, 31 yaşlı Çarli Kirk Utah Valley Universitetində keçirilən tədbirdə silahlı hücuma məruz qalıb. Boğazından yaralanan fəal xəstəxanada həyatını itirib. Hadisə ilə bağlı saxlanılan şəxsin kimliyi barədə hələlik rəsmi açıqlama verilməyib. Utah qubernatoru Spenser Koks isə baş verənləri "siyasi sui-qəsd" kimi qiymətləndirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
baku.ws

2Mənbələr