AZ

Qızıl qiyməti ilə bağlı YENİ PROQNOZ

İlin sonuna qədər qızılın bir unsiyasının qiyməti 4 min ABŞ dollarını keçə bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri ekspertlərə istinadən məlumat yayıb. Ekspertlər qeyd edirlər ki, geosiyasi vəziyyətin pisləşməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FES) sərt pul-kredit siyasəti qiymət artımına səbəb ola bilər.

Sentyabrın 9-da qızılın qiyməti rekord həddə çataraq 3 670 dolları keçib. 2025-ci ilin əvvəlindən bəri qiymətli metalın dəyəri təxminən 35% artıb. Pepperoni pizza

“Stabilliyin pozulduğu dövrlərdə mərkəzi banklar ehtiyatlarını aktiv şəkildə qızıl hesabına artırırlar və bu da onun qiymətinin artmasına təkan verir”, — deyə “BCS Mir İnvestisiy” analitiki Nikolay Maslikov bildirib.

Ekspertlər hesab edirlər ki, ABŞ və Çin arasında ticarət müharibəsi və Yaxın Şərqdə münaqişənin dərinləşməsi halında qızılın qiyməti daha da arta bilər. Belə bir vəziyyətdə ABŞ-da inflyasiya yüksələcək və FES faiz dərəcəsini yüksək səviyyədə saxlamaq üçün sərt siyasət aparmalı olacaq.

Perm Politexnik Universitetinin eksperti Yuliya Starodumova isə bildirib ki, qızıl inflyasiya və iqtisadi qeyri-sabitlik şəraitində dəyərini qoruyan etibarlı sığınacaq aktiv olaraq qalır.

Qeyd edək ki, bundan əvvəl Rusiyada dekabr ayında dolların 100 rubl olmasının mümkünlüyü də istisna edilməmişdi.


Telegram kanalımız
Seçilən
14
1
yenisabah.az

2Mənbələr