AZ

Xankəndidəki “Nənə və baba” heykəli sökülür?-“Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”- AÇIQLAMA

“Xankəndidəki “Biz və bizim dağlar” yaxud “Nənə və baba” abidəsini ümumilikdə götürəndə ermənilər orada yaratmayıblar. Bu abidə Sovet dövründə Sovet respublikasının, Azərbaycanın hesabına yaradılıb. “Nənə və baba” abidəsi olduqca söz-söhbətə səbəb olan mövzuya çevrilib. O abidə sökülsün desək də biz heç nə itirmirik. Çünki orada heç bir ciddi tarixi elementlər, hansısa memarlıq üslubu yoxdur. Bu sökülə də bilər. İkinci bir tərəfdən isə bu monumental bir abidədir. Zaman gələrsə, ehtiyac olarsa onun oradan götürülməsinə də söz-söhbət olmamalıdır”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, “Tarixi Abidələrin Mühafizəsi” ictimai təşkilatının rəhbəri Faiq İsmayılov deyib. O daha sonra əlavə edib:


“Biz Sovet dövrünü yaşamış insanlarıq. Sovet dövrünün özünün memarlığı var idi. İstər yaşayış sahələrində, istərsə də monumental heykəltəraşlıq nümunələri mövcud idi. Amma biz müstəqillik qazananda həmin heykəltəraşlıq nümunələrini-məsələn Lenini, Marksı tamamilə məhv etdik. Bu belə olmamalı idi. Çünki bu indiki Azərbaycan dövlətinin öz vəsaiti hesabına yaradılıb. İkinci bir tərəfdən isə həmin heykəltəraşlıq nümunələrinə bir bağ yaradıb, həmin bağda onları tanıtmaq olardı.

Məsələn, Leninin heykəlinin yanında onun kim olduğu, azərbaycanlılara qarşı etdiyi bütün mənfi hərəkətlər orada qeyd oluna bilərdi. Turizm üçün də bu müsbət hal idi.

Necə ki, bu gün “Hərbi Qənimətlər Parkı” var. İnsanlar gəlib hər şeyi öz gözləri ilə görüb, qiymət verirlər. Mən “Nənə və baba” heykəlinin də bu cür nümayiş etdirilməsinin tərəfdarıyam. Biz daha çox uçurmaya meylliyik. Buna görə də beynəlxalq, xarici təşkilatlar tərəfindən qınaq obyektinə çevrilirik. Onsuz da həmin təşkilatların bizə qarşı münasibətləri birmənalı deyil. Bir az da onlara stimul vermiş oluruq” deyə Faiq İsmayılov deyib.

 

Seçilən
32
1
moderator.az

2Mənbələr