Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Sumqayıt şəhər sakini Əhməd Qarayev saxlanılıb.
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, ondan 1 kiloqram heroin və marixuana aşkarlanıb. Ə.Qarayev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına pul müqabilində narkokuryerlik etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan təbiri seçilib.