AZ

Siyasi fəalın ölüm xəbərləri təsdiqlənmir

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Amerikalı siyasi fəal, "Turning Point USA"-nın təsisçisi və konservativ şərhçi Çarli Kirkin öldürülməsi barədə yerli mediada yayılan məlumatlar təsdiqini tapmayıb. Məlum olub ki, ona qarşı sui-qəsd olsa da, açılan atəş nəticəsində Kirk ağır yaralanıb.Reyting.az bildirir ki, hadisə Yuta Vadisi Universitetində açıq havada keçirilən çıxışı zamanı baş verib. Kirk suala cavab verdiyi an boyun nahiyəsindən güllə yarası alıb.İlkin məlumatlara görə, şübhəli şəxs polis tərəfindən dərhal saxlanılıb, lakin tezliklə ABŞ polisi məlumat verib ki, həmin şəxs atəş açan şübhəli deyil. Polis axtarışların davam etdiyini bildirib.Bəzi nəşrlər hələ də bununla bağlı iddialı xəbərlər yaysa da, Çarli Kirkin öldüyünə dair dərc olunan məlumatlar tamamilə etibarlı mənbələr tərəfindən təkzib edilir. Rəsmi məlumatlarda onun xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin ağır olduğu, lakin ölümünün təsdiqlənmədiyi xüsusilə qeyd olunur.Rəsmilərin fikrincə, Çarli Kirkin haqqında dolaşan ölüm xəbərləri dezinformasiya, şayiə xarakteri daşıyır və ehtimala görə, hətta ola bilsin ki, bu barədə məlumatlar bilərəkdən mətbuata sızdırılıb. Yayılmış son rəsmi xəbərdə bildirilir ki, Çarli Kirk sağdır və müalicəsi davam edir. Xatırladaq ki, "NBC News" telekanalının yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp da Çarli Kirkin ölümünü təsdiq etmişdi. Tramp çox böyük ehtiram bəslədiyi dostu Kirkin ölüm xəbərindən üzüldüyünü paylaşdığı yazıda belə ifadə etmişdi:"Böyük, hətta əfsanəvi Çarli Kirk öldü. Amerika Birləşmiş Ştatlarının gəncliyinin ruhunu Çarlidən yaxşı heç kim başa düşə və hiss edə bilmədi. O, hər kəs, xüsusilə də, mənim tərəfimdən sevildi. Ona heyran idim və indi o, aramızda deyil".ABŞ-nın birinci xanımı Melaniya Tramp da mühafizəkar fəal Çarli Kirkin öldürülməsinə münasibət bildirib. O, “X” sosial şəbəkəsində yazıb ki, faciədən sonra Kirkin övladları xatirə əvəzinə hekayələrlə, gülmək əvəzinə fotolarla, ata səsi əvəzinə sükutla böyüyəcəklər: “Çarli Kirkin həyatı mərhəmətli şüurun ailəni, sevgini və ölkəni yüksəltdiyini simvolik xatırlatmalıdır”Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
reyting.az

2Mənbələr