AZ

Ukraynaya 2026-cı ildə mümkün yardımın həcmi açıqlandı

BAKI, 11 sentyabr. TELEQRAF

Döyüş əməliyyatları davam edərsə, Ukrayna 2026-cı ildə Qərbdən təxminən 60 milyard dollar həcmində maliyyə yardımı almalı olacaq.

Teleqraf xəbər verir ki, bu barədə TASS Ukrayna Nazirlər Kabinetinin məlumatlarına istinadən məlumat yayıb.

Bildirilir ki, Ukraynaya silahların birbaşa tədarükü və ABŞ-nin PURL proqramı üzrə silah alınması üçün ayrılan vəsaitlər nəzərə alınmadan rekord həcmdə - 60 milyard dollar lazım olacaq.

Qeyd edək ki, 2024-cü ildə Kiyevə göstərilən dəstəyin həcmi təxminən 30 milyard dollar, 2025-ci ildə isə 46 milyard dollar təşkil edib.

Seçilən
98
teleqraf.com

1Mənbələr