AZ

ABŞ Konqresi Rusiyaya ağır zərbə vura biləcək Cekson-Venik düzəlişini bərpa edə bilər... 

ABŞ Konqresinə Rusiyaya qarşı Cekson-Venik düzəlişini canlandıracaq qanun layihəsi təqdim olunacaq.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə respublikaçı konqresmen Co Vilson məlumat çatdırıb.
 
“Polşaya hücumdan sonra Rusiyaya qarşı Cekson-Venik düzəlişini canlandıracaq bu qanun layihəsini təqdim etmək fürsəti əldə etdiyim üçün minnətdaram”- o deyib.
 
Onun sözlərinə görə, sənəd “bu terrorçu diktatura ilə istənilən ticarəti tamamilə dayandırır”.
 
Vilson bu düzəlişin bir vaxtlar ləğv edildiyini də xatırladıb.
 
"Prezident Obama və Con Kerri yalançı "Rusiya ilə münasibətləri bərpa etmək" prosesi zamanı səhvən bu qanunu ləğv etdilər və bu, hərbi cinayətkar Putini Krımı işğal etməyə təşviq etdi. Tramp bunu düzəldəcək", - konqresmen belə deyib.
 
Zəruri arayış:
 
Cekson-Venik düzəlişi 1974-cü ildə ABŞ Konqresi tərəfindən qəbul edilib. O, insan hüquqlarını pozan, xüsusən də vətəndaşlarının sərbəst çıxışını qadağan edən ölkələrlə ticarət əlaqələrini məhdudlaşdırıb. Əvvəlcə yəhudilərin mühacirətinə qadağalar səbəbindən bu, SSRİ-yə aid idi. 2012-ci ildə düzəliş ləğv edildi və o, "Maqnitski aktı" ilə əvəzləndi.
Seçilən
25
1
moderator.az

2Mənbələr