AZ

Şuşakənd və Qırmızı bazar kəndlərinə köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, budəfəki mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 15 ailə - 59 nəfər, Xocavənd rayonunun Qırmızıbazar kəndinə isə 10 ailə, 39 nəfər yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Seçilən
34
22
apa.az

10Mənbələr