AZ

Rusiyada qanunsuz miqrantlarla bağlı sərt qaydalar bu gündən qüvvəyə mindi

Rusiyada öz hüquqi statusunu tənzimləməyən əcnəbilər ölkədən çıxarılana qədər 11 sentyabrdan əsas xidmətlərin alınmasında məhdudiyyətlərlə üzləşəcəklər.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat verib.

11 sentyabrdan etibarən Rusiyada qanuni qalmaq əsaslarını itirən əcnəbi vətəndaşlara ölkədən çıxarılana qədər onların bəzi hüquqlarının, o cümlədən gələcəkdə Rusiyaya giriş hüququnun məhdudlaşdırılması üzrə qanunla nəzərdə tutulmuş bütün tədbirlər tətbiq ediləcək.

Qayda pozan miqrantlar nəzarət olunan şəxslər reyestrinə daxil ediləcəklər. Bundan sonra onlara yaşayış (qalma) yerini daxili işlər orqanının icazəsi olmadan dəyişmək, nəzarətdə olan şəxsin yaşadığı və ya qaldığı regiondan kənara çıxmaq, daşınmaz əmlak və nəqliyyat vasitələri almaq və qeydiyyatdan keçirmək qadağan ediləcək. Onlar nikaha daxil ola, hüquqi şəxs yarada, fərdi sahibkar kimi qeydiyyatdan keçə, bank hesabı aça və bank əməliyyatları apara bilməyəcəklər. İstisna olaraq, ödənişlərin yerinə yetirilməsi məqsədilə pul köçürmələri, həmçinin nəzarət olunan şəxsin hesabına pul köçürülməsi və ayda 30 min rubldan çox olmayan nağd pul əldə edilməsinə icazə veriləcək.

Seçilən
25
1
publika.az

10Mənbələr