AZ

Tayson morfindən 100 dəfə güclü narkotikdən istifadə etdiyini bildirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Boks üzrə ağır çəki dərəcəsində keçmiş mütləq dünya çempionu Mayk Tayson Keti Millerin podkastında karyerası ərzində fentanildən istifadə etdiyini etiraf edib.
Oxu.Az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
"O, ağrıkəsici idi və mən onu ayağımın baş barmağı üçün istifadə edirdim. O, heroin kimi idi. Heroindən istifadə zamanı olduğu kimi qusmağa başlayırsan", - Tayson bildirib.
Qeyd edək ki, fentanil güclü sintetik opioiddir. ABŞ Qida və Dərman İdarəsi (FDA) onun ağrıları aradan qaldırmaq üçün istifadəsinə icazə verir, lakin tibbi nəzarət olmadan ölümcül ola biləcəyi ilə bağlı xəbərdarlıq edir.
"New York Post" yazır ki, fentanil morfindən 100 dəfə, heroindən isə 50 dəfə güclüdür.
59 yaşlı Tayson 2005-ci ildə peşəkar karyerasını başa vurub. Onun hesabında 59 döyüş, 50 qələbə və 7 məğlubiyyət var.
Seçilən
37
oxu.az

1Mənbələr