Bakı. Trend:
Cari ilin ikinci rübündə Gürcüstan iqtisadiyyatına birbaşaxarici investisiyaların həcmi 580,1 milyon dollar təşkil edib ki,bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır.
Trend xəbər verir ki, bubarədə Gürcüstan Milli Statistika Xidməti (Geostat) məlumatyayıb.
Bildirilib ki, qeydə alınan göstərici, əsasən təkrar investisiyavə borc öhdəliklərinin azalması ilə bağlıdır.
Məlumata görə, investisiyaların 21,3 faizi nizamnamə kapitalı(123,6 milyon dollar), 80,4 faizi isə yenidən investisiya qoyuluşu(466,6 milyon dollar) hesabına formalaşıb. Ən böyük investorölkələri arasında Böyük Britaniya 242,7 milyon dollarla (41,8faiz), Türkiyə 54 milyon dollarla (9,3 faiz) və Çexiya 863 milyondollarla üçüncü yerdədir.
Bu üç ölkənin payı ümumi birbaşa xarici investisiyaların 57,7faizini təşkil edir.