AZ

İlon Mask artıq dünyanın ən varlı adamı DEYİL

"Oracle" şirkətinin qurucusu Larri Ellison ilk dəfə olaraq dünyanın ən varlı adamı olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Larri demək olar ki, bir ilə yaxındır planetin ən varlı adamları siyahısında birinci yerdə olan İlon Maskı ötüb. 

Ellison buna şirkətin birja kotirovkalarının demək olar ki, 40% artması sayəsində nail olub. “Bloomberg Billionaires Index”ə görə, “Oracle” həmtəsisçisinin sərvəti indeks hesablanandan bəri bir gündə maksimum 101 milyard dollar artaraq 393 milyard dollara çatıb.

İlon Maskın sərvəti isə 385 milyard dollardır.

Qeyd edək ki, ameriaklı milyarder İlon Mask tarixdə sərvəti 400 milyard dolları keçən ilk şəxs olub.

Seçilən
63
9
redaktor.az

10Mənbələr