AZ

Cənubi Azərbaycan klubu heyətini isveçli qapıçı ilə gücləndirdi

"Traktor" heyətini isveçli qapıçı ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Təbriz təmsilçisi 27 yaşlı Marko Yohanssonla müqavilə imzalayıb.

194 sm boya malik qolkiper peşəkar karyerasına "Malmö"nün (İsveç) akademiyasında başlayıb. O, Almaniyada "Hamburq", "Bohum" "Hanza" və "Ayntraxt"ın (Braunşveyq) formasını geyinib.

M.Yohansson İsveçin U-15 və U-21 millilərində də çıxış edib.

Seçilən
22
sportinfo.az

1Mənbələr