AZ

Hikmət Hacıyev ABŞ-də sülh gündəliyi barədə geniş müzakirələr aparıb

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Konqresində keçirilən Yaxın Şərq Sammitində, həmçinin Amerika Yəhudi İcmasının tədbirində iştirak edib.

Məlumat Azərbaycanın Vaşinqtondakı səfirliyinin “X” hesabında paylaşılıb.

Bildirilib ki, Hikmət Hacıyev sammit çərçivəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığı, regional proseslər və qlobal sülh gündəliyi ilə bağlı müzakirələr aparıb.

Tədbirdə Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına verdiyi töhfələrin xüsusi vurğulandığı qeyd olunub.

 

Musavat.com

Screenshot_2.png

Seçilən
19
13
musavat.com

10Mənbələr