AZ

Polşada baş nazirin həyat yoldaşının avtomobili oğurlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Polşanın Sopot şəhərində naməlum şəxslər Baş nazir Donald Tuskun həyat yoldaşı Malqojataya məxsus "Lexus" markalı avtomobili oğurlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə TVN24 telekanalına Polşa polisindən məlumat verilib.
Polis insidentlə araşdırmalara başladığını bildirib.
Hadisənin digər təfərrüatı barədə məlumat verilməyib.
Qeyd olunur ki, Tuskun ailə evi Sopotda yerləşir və xüsusi mühafizə altındadır. Polşada yüksəkvəzifəli məmurların və onların ailələrinin mühafizəsi ilə Dövlət Təhlükəsizlik Xidməti məşğul olur.
Seçilən
16
50
oxu.az

10Mənbələr