1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Erməni faşizminin kökləri" adlı veriliş hazırlanıb.
Verilişdə siyasi elmlər üzrə fəlsəfə doktoru, professor, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq kafedrasının rəhbəri, Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı erməni faşizminin köklərindən, Ermənistanın faşizm siyasəti və Qaregin Njde həqiqətləri, armenizmdən terrorizmə gedən qanlı yolun tarixçəsindən danışıb.
O bildirib ki, tsexakronizm Hitlerlə əməkdaşlıq edən erməni təlimidir: "Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi. Ermənistan irqçilik və terror üzərində qurulan dövlətdir. Ermənistanda terrorçulara niyə heykəl qoyulur?"
Onun sözlərinə görə, Zəngəzurdan Qarabağa faşist ideologiyanın hədəfləri, ermənilərin "ari irq" planında almanlarla ittifaq planı, Ermənistan liderlərinin nasistlərlə iş birliyi olub.
Q.Çaxmaqlı deyib ki, Ermənistanda terroru rəsmiləşdirən siyasət aparılıb: "Armenizm ideologiyası bəşəriyyət üçün bəladır".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: