Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiyalı məşhur müğənni Alla Puqaçova 2022-ci ildə Rusiyanı tərk etdikdən sonra ilk böyük müsahibəsini verib.
Oxu.Az xəbər verir ki, 76 yaşlı Alla Puqaçova "Skaji Qordeyevoy" "YouTube" kanalına geniş müsahibə verib.
Xaricdəki həyatından danışan A.Puqaçova bildirib ki, razıdır.
"Bəlkə də, ona görə müsahibə verirəm ki, dedi-qodulara, miflərə cavab verim. Əgər sual varsa, mən onlara cavab verəcəyəm. Bilmək olmaz sabah nə olacaq. Qoy bu müsahibə bir sənəd, sübut olsun. İstəyirəm ki, uşaqlar həm ataları, həm də anaları haqqında həqiqəti bilsinlər", - A.Puqaçova vurğulayıb.
A.Puqaçovanın müsahibəsi üç saatdan çox çəkib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.