AZ

Ermənistan sərhəddə “ağıllı pasport” sistemi tətbiq edəcək

“Ermənistanın öz ərazisindəki suverenliyi və yurisdiksiyası milliyyətindən və vətəndaşlığından asılı olmayaraq hər kəsə şamil edilir”.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatında deputat Aqnessa Xamoyanın sualını cavablandırarkən deyib.

Belə ki, deputat kommunikasiyaların bloklanması halında Azərbaycan vətəndaşlarının Ermənistana girişinin necə tənzimlənəcəyini soruşub.

“Ermənistan sərhəd-keçid məntəqələrinin yoxlanılması üçün insan müdaxiləsi olmadan adi rejimdə oxuma cihazlarından istifadə etməklə pasport nəzarətini təmin edən müasir texnologiya və mexanizmləri tətbiq etməyə çalışır”, - Paşinyan bildirib.

O əlavə edib ki, sərhədçilər yalnız şübhəli şəxslər müəyyən edildikdə müdaxilə edəcəklər.

Paşinyanın sözlərinə görə, hökumət bu cür texnologiyalardan ölkənin bütün sərhədlərində - Gürcüstan, İran, Türkiyə, Azərbaycan və hava limanlarında istifadə etmək niyyətindədir.

Seçilən
12
3
redaktor.az

5Mənbələr