AZ

Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb

Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Hürüuşağı kəndində qeydə alınıb. 

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1985-ci il təvəllüdlü İ.Süleymanov, 1978-ci il təvəllüdlü X.Ələkbərov, 1981-ci il təvəllüdlü N.Həsənov və 1976-cı il təvəllüdlü S.Səfərov xəsarət alıb. 

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. 

Qeyd edək ki, xəsarət alanlar toy məclisindən qayıdırmışlar.

Faktla bağlı araşdırma başlanılıb.

"Cebheinfo.az" 

Seçilən
0
13
cebheinfo.az

10Mənbələr