AZ

Dünya çempionu olan qapıçı 40 yaşında karyerasını bitirib

Fransalı qapıçı Stiv Mandanda karyerasını bitirmək qərarına gəldiyini açıqlayıb.

"Report" xəbər verir ki, 40 yaşlı qolkiper bu barədə "L'Equipe" nəşrinə açıqlama verib.

"Bu qərarı vermək mənim üçün asan olmadı. Bir qədər düşündükdən sonra fikrimi qətiləşdirdim. Bir çox təkliflər alsam da, hamısından imtina etdim", - deyə "əlcək sahibi" bildirib.

Son olaraq ölkəsində "Renn" klubunun şərəfini qoruyan Mandanda yığmanın heyətində 35 oyun keçirib. O, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında milli komandasına qızıl medallar qazanmağa kömək edib.

"Cebheinfo.az" 

Seçilən
9
3
cebheinfo.az

4Mənbələr