AZ

Yevlaxda toydan qayıdanlar ağır qəzaya düşdülər

Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb.

Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Hürüuşağı kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1985-ci il təvəllüdlü İ.Süleymanov, 1978-ci il təvəllüdlü X.Ələkbərov, 1981-ci il təvəllüdlü N.Həsənov və 1976-cı il təvəllüdlü S.Səfərov xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
0
13
moderator.az

10Mənbələr