Siyasi fəal, mühafizəkar və ABŞ prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk Yuta ştatındakı Amerika Universitetində çıxışı zamanı güllələnib.
AFN.az xəbər verir ki, bu barədə "NBC News" kanalı universitet nümayəndələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində tədbir yarımçıq kəsilib, yaralı Kirk mühafizəçilər tərəfindən aparılıb. Qeyd olunur ki, hücumda şübhəli bilinən şəxs saxlanılıb və polis hadisə ilə bağlı araşdırma aparır.
"Fox News" Kirkin mətbuat katibinə istinadən bildirib ki, hazırda siyasi fəalın vəziyyəti barədə məlumat yoxdur.