"Biz, sadəcə, bütün rəsmi operatorları xidmət səviyyəsini yüksəltməyə və sərnişin məmnuniyyətini ön planda saxlamağa çağırırıq".
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas məqsədi hər bir sərnişinə yüksək səviyyədə xidmət göstərməkdir:
"Lakin bəzən hava limanı ərazisində rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif seçimlərlə yanaşı, icazəsi olmayan, təlim keçməyən və nəqliyyat vasitələri standartlara cavab verməyən şəxslərin israrlı şəkildə xidmət təklif etməsi ilə qarşılaşırıq. Bu isə sərnişinlərin aldadılması, narazılıqlar və işgüzar nüfuzumuza mənfi təsirlə nəticələnir. Ona görə də hava limanında fəaliyyət göstərən operatorların vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun işləməsi zəruridir.
Qeyd etmək istəyirəm ki, burada hər hansı məhdudiyyətdən danışılmır"./Oxu.az