Gəncə şəhərində velosipeddən yıxılan 8 yaşlı uşaq vəfat edib.
Məlumata görə, 2017-ci il təvəllüdlü A. Abbasova ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, azyaşlı xəstəxanada dünyasını dəyişib.
İlkin məlumatlara görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.