BMT Təhlükəsizlik Şurası İsrailin Dohaya endirdiyi zərbə ilə bağlı sentyabrın 10-na planlaşdırılan fövqəladə iclası sabaha təxirə salıb.
Bu barədə Qərb mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, bu qərar Qətər hakimiyyətindən hökumət başçısı, əmirliyin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl-Taninin iclasda iştirak edə bilməsi ilə bağlı daxil olmuş müraciətlə əlaqədar qəbul edilib.
"Cebheinfo.az"