AZ

NASA alimləri Marsda qədim həyatın mümkün izlərini aşkar ediblər

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

NASA alimləri ABŞ-nin Mars aparatı "Perseverance" tərəfindən kəşf edilən nümunələrdə qədim həyat formalarının izlərini tapdıqlarına inanırlar.

Bu barədə məlumat aerokosmik agentliyin saytında yer alıb.

Məlumata görə, ötən il Neretva vadisindəki qayalarda "xaşxaş toxumu" və ya "bəbir ləkələri" ləqəbli unikal teksturalı ləkələr aşkar edilib. Şəkilləri və məlumatları öyrəndikdən sonra elm adamları ləkələrin mikrobların əlavə məhsulları ola biləcəyi qənaətinə gəliblər.

"Qırmızı planet"də potensial bioimzanın müəyyən edilməsi Mars haqqında anlayışımızı yaxşılaşdıracaq inqilabi kəşfdir", - NASA rəsmisi Şon Daffi bildirib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
5
cebheinfo.az

6Mənbələr