AZ

Toydan qayıdanlar qəzayaDÜŞDÜLƏR

Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb.

Redaktor.az report-a istinadla bildirir ki, hadisə rayonun Hürüuşağı kəndində qeydə alınıb. 

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1985-ci il təvəllüdlü İ.Süleymanov, 1978-ci il təvəllüdlü X.Ələkbərov, 1981-ci il təvəllüdlü N.Həsənov və 1976-cı il təvəllüdlü S.Səfərov xəsarət alıb. 

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. 

Qeyd edək ki, xəsarət alanlar toy məclisindən qayıdırmışlar.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
3
13
redaktor.az

10Mənbələr