Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.
AzVision.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinə (DİN) istinadən "BFMTV" telekanalı məlumatın yayıb. "DİN bildirib ki, səhərdən etibarən ölkə üzrə ən azı 327 həbs qeydə alınıb", – məlumatda bildirilib. Telekanal vurğulayıb ki, onların 199-u paytaxtda saxlanılıb. Qeyd edək ki, ümumilikdə ölkə üzrə 700-dən çox müxtəlif aksiya gözlənilir və 100 min insanın iştirak edəcəyi bildirilir. Etirazçılar arasında artıq "sarı jiletlilər" hərəkatının keçmiş iştirakçıları da görünür. Bu fonada nizam-intizamı təmin etmək üçün 80 min hüquq-mühafizə işçisi səfərbər olunub. İyul ayında o zamanın Fransa Baş naziri Fransua Bayru 2026-cı ilin büdcəsi ilə bağlı qanun layihəsini təqdim etmişdi. Hakimiyyət büdcənin bir neçə maddəsində əvvəl planlaşdırılan 40 milyard avro yerinə 43,8 milyard avro qənaət etməyi nəzərdə tuturdu. Hökumətin planına əsasən, pensiyalar və sosial ödənişlər indeksləşdirilməyəcək, nazirliklərdən yalnız Müdafiə Nazirliyinin büdcəsi artırılacaq və ona "dünyadakı təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən" əlavə 3,5 milyard avro ayrılacaq. Bayru həmçinin büdcə kəsirinin azaldılması üçün "fransızların daha çox işləməsi" lazım olduğunu bildirib. O, iki bayram gününün iş günü elan edilməsini təklif edib. Bəyan olunan tədbirlər fransızlar arasında güclü narazılıq yaradıb. AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.