AZ

Berluskoninin villası rekord məbləğə satışa çıxarılıb

ain.az bildirir, 525.az portalına istinadən.

Müxtəlif vaxtlarda 4 dəfə İtaliyanın Baş naziri olmuş, mərhum mediamaqnat Silvio Berluskoninin Sardiniya adasındakı məşhur villası satışa çıxarılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Villa Certosa"ya Berluskoninin varisləri tərəfindən 500 milyon avro qiymət qoyulub.

4500 kv.m əraziyə malik villada 126 otaqdan ibarət 2 bina, teatr, idman zalı, tennis kortu, futbol meydanı, amfiteatr, süni vulkan, 120 hektar ərazisi olan park və s. var. Hətta binaların altında bunker olduğu da deyilir.

Silvio Berluskoni bu villanı ötən əsrin 80-ci illərində alıb. Villanı məşhur edən orada zaman-zaman dünya liderlərinin qonaq olmasıdır. Məsələn, Rusiya prezidenti Vladimir Putin, ABŞ-nin keçmiş prezidenti kiçik Corc Buş və Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer bir vaxtlar bura təşrif buyurublar.

Qeyd edək ki, villa Berluskoninin sağlığında 2 dəfə satışa çıxarılıb. Amma heç birində nədənsə satılmayıb.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
525.az

1Mənbələr