AZ

Tovuzda iki maşın körpüdən aşdı

Tovuzda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində baş verib.

Belə ki, “Prius” markalı maşın “Opel” markalı avtomobillə toqquşub. İlkin məlumata görə, qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. 

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Xəsarət alanlar şəxslərin taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.

"Cebheinfo.az" 

Seçilən
25
8
cebheinfo.az

10Mənbələr