AZ

Stiv Mandanda futbolçu karyerasını başa vurdu

Fransa millisinin və “Marsel”in sabiq qapıçısı Stiv Mandanda karyerasını başa vurduğunu açıqlayıb.

90deqiqe.Az-ın “L’Equipe”yə istinadən yaydığı məlumata görə, o, bu qərarı qəbul etmək üçün vaxt lazım olduğunu bildirib:

“Qərar vermək üçün vaxt lazım idi, çünki bu asan deyildi. Amma bəli, mən karyeramı başa vururam. Uzun müddət düşündüm, mənə çox zənglər gəldi, lakin hər dəfə rədd cavabı verdim”, – deyə Mandanda açıqlamasında bildirib.

Qeyd edək ki, Mandanda karyerasına “Qavr” klubunun yetirməsi kimi başlayıb. O, həmçinin “Kristal Pelas” və “Ren”də çıxış edib, lakin ən çox oyununu “Marsel”də keçirib. Provensal klubun heyətində Mandanda Fransa çempionu olub, 3 dəfə Liqa Kubokunu, 2 dəfə isə Superkuboku qazanıb. Fransa millisində isə o, 2018-ci ildə dünya çempionu adını qazanıb.

Seçilən
35
90deqiqe.az

1Mənbələr