1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"ATƏT-in Minsk Qrupunun fəaliyyəti Ermənistanı və regionu nəzarətdə saxlamaq üçün Qarabağ münaqişəsini dərinləşdirmək istiqamətində olub".
Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı öbildirib.
"Minsk Qrupunun fəaliyyətində heç bir faydalı iş görmürəm, heç bir faydalı iş olmayıb. Bu fəaliyyət münaqişəni dərinləşdirmək, münaqişəni təkcə Ermənistanı deyil, bütün regionu nəzarətdə saxlamaq üçün alətə çevirmək məqsədi daşıyırdı", - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, Qarabağ məsələsi uzun zaman əvvəl həll edilib, lakin İrəvana bu barədə deməyiblər.
Paşinyan qeyd edib ki, Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi imzalanmasından əvvəl ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verib.