Nepalda hökumət əleyhinə etirazlar zamanı 30-dan çox insan ölüb, 1000-dən artıq şəxs yaralanıb.
Tribunainfo.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata əsasən, yaralılardan 713 nəfər artıq evə buraxılıb.Ümumilikdə 28 xəstəxanada yaralılara yardım göstərilir.
Nazirlik səhiyyə müəssisələrini yüksək hazırlıq vəziyyətində qalmağa çağırıb.
Qeyd edək ki, sentyabrın 7-dən etibarən Nepalın müxtəlif şəhərlərində sosial şəbəkələrin bloklanmasına etiraz olaraq genişmiqyaslı iğtişaşlar başlayıb. Nəticədə baş nazir Şarma Oli istefa verib. Etirazçılar dövlət binalarını və siyasətçilərin evlərini yandırıb, keçmiş baş nazirin həyat yoldaşı isə öldürülüb.