AZ

Tramp ukraynalı qaçqın qızın qatilinə ölüm cəzasının verilməsini tələb etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ukraynalı qaçqın İrina Zarutskayanın qatili ölüm cəzasına məhkum edilməlidir".
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" şəbəkəsində yazıb.
ABŞ lideri cinayətkarı "heyvan" adlandırıb və tez bir zamanda məhkəmə prosesinin keçirilməsinin zəruriliyini vurğulayıb. Tramp bildirib ki, qatil üçün yeganə mümkün cəza ölüm hökmü olmalıdır.
"Ukraynadan olan gözəl qızı vəhşicəsinə öldürən heyvan tez bir zamanda mühakimə olunmalı və ölüm cəzasına məhkum edilməlidir. Başqa variantlar ola bilməz", - deyə Tramp bildirib.
Xatırladaq ki, qətl ABŞ-nin Şarlott şəhərində baş verib - 34 yaşlı Dekarlos Braun 23 yaşlı ukraynalı qaçqını bıçaqlayaraq öldürüb. Cinayət ictimai nəqliyyatda törədilib, şübhəli isə evsiz adamdır.
Qətllə bağlı anbaan videogörüntülərdə qaradərili bir kişinin qızın arxasında oturduğu görünür. O, qəflətən bıçaq çıxarır və qızın boynuna üç dəfə zərbə endirir, bundan sonra isə oradan uzaqlaşır.
"The New York Post"un xəbərinə görə, Braun 2011-ci ildən bəri "dəfələrlə" həbs edilib, xüsusən oğurluq, silahla soyğunçuluq və hədə-qorxu maddələri üzrə.
Seçilən
3
oxu.az

1Mənbələr