AZ

Fransada liseyə hücum: Xəsarət alanlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransanın Antib şəhərində bıçaqlı şəxs lisey şagirdlərinə hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Nice Matin" qəzeti məlumat yayıb.
Bildirilib ki, hərbi geyimdə olan şəxs liseyin binasına daxil olaraq, oradakı insanlara hücum edib.
Son məlumata görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar arasında 16 yaşlı şagird və vəziyyəti ağır olan 53 yaşlı müəllim də var.
Cinayətkarın saxlanıldığı bildirilib. Məlumata görə, o, hücum etdiyi liseyin keçmiş şagirdidir.
Seçilən
1
oxu.az

1Mənbələr