ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Ermənistan sərhədi keçərkən insan müdaxiləsi olmadan normal rejimdə oxuma cihazlarından istifadə etməklə pasport nəzarətini təmin edən müasir texnologiyalar və yoxlama mexanizmlərinin tətbiqinə çalışır.
"Report" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında kommunikasiyaların blokdan çıxacağı təqdirdə Azərbaycan vətəndaşlarının Ermənistana girişinin necə tənzimlənəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, hökumət bu cür texnologiyalardan ölkənin bütün sərhədlərində - Gürcüstan, İran, Türkiyə, Azərbaycan və hava limanlarında istifadə etmək niyyətindədir.
Paşinyan bildirib ki, sərhədçilər yalnız şübhəli şəxslər aşkar edildikdə müdaxilə edəcəklər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.